Çempionlar Liqası: "Qarabağ"ın 5 potensial rəqibi

21:26 - 17 İyun 2019

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

 

Sportal.az xəbər verir ki, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb.

 

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

 

"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).

 

I təsnifat mərhələsinin püşkü sabah Bakı vaxtı ilə 16:30-da atılacaq.

Xəbər xətti