"Neftçi" və "Səbail"in rəqibi bəlli oldu YENİLƏNİB

17:48 - 18 İyun 2019

Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Neftçi” və “Səbail”in rəqibləri bəlli olub.

 

“Neftçi” bu mərhələdə Moldovanın “Speranta” (Nisporeni) klubu ilə qarşılaşacaq.

 

“Səbail” isə Rumıniya təmsilçisi “Universitatya Krayova 1948” ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin oyunları 11-18 iyul tarixlərində keçiriləcək. 

Xəbər xətti