Mişel Platini saxlanıldı

13:13 - 18 İyun 2019

UEFA-nın sabiq prezidenti Mişel Platini polis nəzarətinə alınıb.

 

Sportal.az xəbər verir ki, o, Parisin Nanterre bölgəsindəki anti-korrupsiya şöbəsində saxlanılıb.

 

Platini DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan olunur. Fransalı futbol funksionerinin Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.

 

Qeyd edək ki, 63 yaşlı Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub.

Xəbər xətti