Platini sərbəst buraxıldı

15:30 - 19 İyun 2019

UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb.

 

Sportal.az CNN-ə istinadən xəbər verir ki, fransalı futbol funksionerinin vəkili Jan-Kristof Alke Platinini şahid ifadələrini vermək üçün saxlanıldığını deyib.

 

Qeyd edək ki, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan fransalı futbol funksioner dünən saxlanmışdı. Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.

Xəbər xətti