Azərbaycan millisinin üzvünə Meksika klubundan təklif

17:55 - 20 İyun 2019

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov klubunu dəyişə bilər.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya Sequnda təmsilçisi "Alkorkon"da çıxış edən milliləşdirilmiş futbolçunun təklifləri var. Bunlardan biri Meksikanın "Atletiko San-Luis" klubudur. Bu klubun səhmlərinin 51 faizi Madridin "Atletiko" klubuna sahibdir.

 

Elitaya yüksələn klub Eddi üçün 500 min avrosundan keçməyə hazırdır.

 

Bundan əlavə, İngiltərə Çempionşipinə vəsiqə qazanan "Luton" da İsrafilova maraq göstərir.

 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2018-ci ildən "Alkorkon"da çıxış edir. O, ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.

Xəbər xətti