"Səbail" Bolqarıstan klubuna uduzdu

17:49 - 21 İyun 2019

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşıb. Plovdiv təmsilçisi ilə matçda "Səbail" 0:1 hesabı ilə uduzub.

 

“Səbail” Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.

 

Yoxlama oyunu

21 iyun

 

16:00 "Səbail" – "Lokomotiv" (Bolqarıstan) - 0:1

Xəbər xətti