"Sumqayıt" başlayır

16:31 - 25 İyun 2019

"Sumqayıt" 2019/2020 mövsümü üçün hazırlığa start verir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi iyunun 26-da "Kapital Bank Arena"da, saat 18:00-da yeni mövsümdə ilk məşqinə çıxacaq.

 

Plana əsasən, hazırlığın birinci mərhələsində "Sumqayıt" iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Oyunların saatı və komandanın ikinci hazırlıq mərhələsinin planları barəsində klubun rəsmi saytında məlumat veriləcək.

 

Xəbər xətti