"Liverpul"dan ayrılan futbolçu La Liqa klubunda

00:22 - 26 İyun 2019

"Liverpul"dan ayrılan Alberto Moreno karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 26 yaşl sol cinah müdafiəçisi La Liqada çıxış edən "Vilyarreal"la anlaşıb. "Sarı sualtı qayıq" iyulun 1-də transferi rəsmən açıqlayacaq.

 

Qeyd edək ki, ispaniyalı futbolçu 2014-cü ildə 12 milyon funt-sterlinq qarşılığında "Sevilya"dan "Liverpul"a keçmişdi.

Xəbər xətti