Rüfət Dadaşov: "Əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var"

11:36 - 27 İyun 2019

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov klubu "Proyssen"ə qoşulub. Yığma komandaya çağırıldığı üçün əlavə istirahət verilən forvard vaxtından öncə məşqlərə başlayıb.

 

Sportal.az 100prozentmeinscp.de saytına istinadən xəbər verir ki, Rüfət dünən Dortmund "Borussiya"sının II komandası ilə yoxlama görüşündə (2:3) meydana çıxıb. Milli üzvü tam hazır olmasa da meydana çıxmaq üçün israr edib və məşqçilər korpusu ona bir qədər oynamaq imkanı yaradıb.

 

Görüşdən sonra 27 yaşlı hücumçu hazır olmadığını söyləyib: "Millinin heyətində son iki görüşdə az oynadım, ancaq yüklənmə çox idi. Biz hər gün iki məşq keçirdik. İndi özümü yenilənmiş kimi hiss edirəm. Əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var. Məşqlər zamanı yükü get-gedə artıracağıq. Bundan sonra hücumda komandama kömək edə biləcəyimə inanıram".

Xəbər xətti