"Traktor" azərbaycanlı futbolçu transfer edəcək? - Mustafa Dənizli açıqladı

17:57 - 29 İyun 2019

İran yüksək liqasında mübarizə aparan “Traktor” klubunun baş məşqçisi Mustafa Dənizli transferlə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis “TRT Spor”a açıqlamasında azərbaycanlı futbolçu ilə danışıqlar aparmaq istədiklərini deyib:

 

“Türkiyədən bir neçə oyunçu ilə maraqlanırıq. Eyni zamanda Azərbaycan və İrandan iki futbolçu maraq dairəmizdədir. Onlarla danışıq aparmaq istəyirik”.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı bir müddət öncə Təbriz klubuna baş məşqçi təyin edilib.

Xəbər xətti