Argentina Çilini məğlub etdi, üçüncü oldu - VİDEO

01:16 - 7 İyul 2019

Braziliyada təşkil olunan Kopa Amerika turnirinin üçüncü yer uğrunda görüşü baş tutub.

 

Sportal.az xəbər verir ki, bürüncü medallar uğrunda matçda Argentina və Çili üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan Argentina yığması turniri üçüncü pillədə tamamlayıb.

 

Kopa Amerikanın finalında Braziliya və Peru qarşılaşacaq.

 

Argentina - Çili - 2:1

Qollar: Serxio Aquero, 12, Paulo Dibala, 22 - Arturo Vidal, 59 (pen.)

Qırmızı vərəqələr: Lionel Messi, 57 - Qari Medel, 57

 

 

 

Xəbər xətti