AFFA Premyer Liqa klublarına lisenziya verdi - FOTOLAR

12:36 - 8 İyul 2019

Bu gün AFFA-nın Futbol akademiyasında 2019-2020-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

 

Tədbirin sonunda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.

 

Xəbər xətti