UEFA-dan Rəhim Həsənova təyinat

19:48 - 9 İyul 2019

Azərbaycanlı FIFA referisi Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak Trnava" (Slovakiya) – "Radnik Bijeljina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

 

Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Xəbər xətti