Yeni transfer "Qəbələ"də ilk məşqinə çıxdı

10:39 - 11 İyul 2019

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin yeddinci gününü başa vurub. Sənan Qurbanovun yetirmələri günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər. Məşq prosesi ikitərəfli oyunla başa çatıb.

 

Bərpa prosesi keçən Davit Volkov, komandaya yeni qoşulan Klesio Bauk fərdi hazırlıqla kifayətlənib. 

 

Xəbər xətti