"Sumqayıt" iki futbolçu ilə müqavilə imzaladı

15:32 - 11 İyul 2019

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, akademiyanın yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə üç illik müqavilə imzalanıb. Rüfət “Sumqayıt”da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

 

Azərbaycanın U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub.

 

Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Xəbər xətti