Pərdis Fərcad-Azadın yeni klubu bəlli oldu

11:11 - 13 İyul 2019

Mövsümün sonunda “Zirə”dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib.

 

Sportal.az futbolpress.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını paytaxtın digər təmsilçisi “Keşlə”də davam etdirəcək.

 

Bu barədə futbolçu özü məlumat verib. O bildirib ki, artıq yeni klubu ilə böyük ölçüdə razılığa gəlib. Yalnız müqavilənin son detallarının razılaşdırılması və keçidin rəsmiləşməsi qalır.

 

Millinin sabiq hücumçusu onu da bildirib ki, Almaniyanın səviyyəcə III və IV liqalarında mübarizə aparan iki klubdan təklifi olsa da, Azərbaycanda oynamağı üstün tutub. “Sumqayıt”la da danışıq aparan 31 yaşlı oyunçu maliyyə məsələlərində razılıq əldə edilmədiyi üçün “Gənclik şəhəri” təmsilçisinə keçməyib.

 

Pərdis 2012-ci ildə Azərbaycana gəlib. O, 2016-cı ilə qədər "Sumqayıt"da çıxış edib. Futbolçu 2016-2018-ci illərdə "Keşlə"nin şərəfini qoruyub. Hücumçu 6 dəfə Azərbaycan yığmasında oynayıb.

 

Xəbər xətti