"Sevilya" doqquzuncu transferini rəsmən açıqladı

İspaniyanın "Sevilya" klubu daha bir transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Fernandonu transfer edib. La Liqa klubu 31 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi üçün 4,5 milyon avrosundan keçib. Fernandoyla üç illik müqavilə imzalanıb.

 

Braziliyalı futbolçu "Qalatasaray"a 2017-ci ildə "Mançester Siti"dən keçmişdi.

 

"Sevilya" Dieqo Karlos, Joan Jordan, Manus Dabbur, Jyol Kunde, Joan Jordan, Lukas Okampos, Luuk de Yonq və Serxio Reqilonu da transfer edib.

 

Tarix: 13 İyul [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio