"Arsenal"ın Pepe planı: 80 milyon

16:46 - 14 İyul 2019

"Arsenal" "Lill"in vingeri Nikolas Pepenin transferi üçün 80 milyon avroluq təklif göndərib.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransa klubu "topçular"ın təklifini qəbul edib. Pepe London klubuyla müqavilənin detallarını razılaşdırmalıdır.

 

Xəbərdə qeyd edilib ki, Fil Dişi Sahili millisinin üzvü ölkəsində istirahətdədir və onun istəyi PSJ-yə transfer olmaqdır. Ancaq Paris klubundan "Lill"ə təklif göndərilməyib. Klub rəhbərliyi Pepenin qərar verməsini gözləyir.

 

"Lill" 24 yaşlı futbolçunu 2017-ci ildə "Anje"dən 10 milyon avroya transfer edib. Pepe Liqa 1-də 107 oyuna 38 qol vurub, 17 assist edib.

Xəbər xətti