"Partizani"nin uğursuz səfər seriyası

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Albaniyanın "Partizani" klubunu qəbul edəcək

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytı bəzi faktları hazırlayıb:

 

- Tirandakı ilk oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb;

 

- "Qarabağ" ötən mövsüm bu mərhələdə Albaniyanın "Kukesi" klubunu mübarizədən kənarlaşdırıb;

 

- "Partizani" avrokuboklarda son 28 səfər oyununda qalib gəlmir (3 heç-heçə, 25 məğlubiyyət);

 

- "Qarabağ" 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib;

 

- Cütün qalibi II təsnifat mərhələsində "Dandolk" - "Riqa" cütünün qalibi ilə üz-üzə gələcək;

 

- Məğlub komanda Avropa Liqasının II təsnifat mərhələsində "Şerif" - "Saburtalo" cütündə uduzan klubla qarşılaşacaq.

 

Cütün ilk oyununda qolsuz heç-heçə qeydə alınıb. Komandaların cavab Bakıda yerləşən "Dalğa Arena"da reallaşacaq. Oyunun start fiti 21:00-da səslənəcək.

Tarix: 16 İyul [11:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio