"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri

12:48 - 18 İyul 2019

İyulun 22-də Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atacaq.

 

Sportal.az xəbər verir ki, II mərhələdə İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gələcək "Qarabağ"ın potensial rəqibləri bilinəcək. UEFA artıq reytinqlərə görə komandaları səbətlərə bölüb.

 
“Qarabağ” – “Dandolk” cütü səpələnməmişlər sırasında yer alacaq. Ağdam təmsilçisi reytinqinə görə 12 komanda arasında 7-ci olduğundan ikinci 6-lıqda qərarlaşıb. “Qarabağ” İrlandiya klubunu keçsə, reytinq xalı daha çox olan komandalardan biri ilə üz-üzə gələcək.
 
Çempionlar Liqası, III təsnifat mərhələsi
 
Səpələnmişlər: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi, TNS (Uels) – “Kopenhagen” (Danimarka) cütünün qalibi, “Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi, BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi, “Sutyeska” (Monteneqro) – APOEL (Nikosiya, Kipr) cütünün qalibi
 
Səpələnməmişlər: PAOK (Yunanıstan), “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi, “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi, CFR (Rumıniya) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi, Ferensvaroş (Macarıstan) – “Valetta” (Malta)

 

Xəbər xətti