Nabil Fekirin transferi tamamlandı

16:08 - 22 İyul 2019

"Lion"un fransalı hücumçusu Nabil Fekir karyerasını İspaniya Liqasında davam etdirəcək.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Real Betis"lə anlaşıb. Əndəlüsiyalılar bu keçid üçün "Lion" 25 milyon avro təzminat ödəyib. Nabillə 5 illlik müqavilə imzalanıb. O, tibbi müayinədən keçmək üçün Sevilya şəhərinə yollanıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

 

Fekirin "Lion"la bir illik müqaviləsi qalmışdı. Fransa millisinin üzvü ötən mövsüm "Liverpul"a 65 milyon avroya transfer olmağa yaxın olsa da, klub son onda futbolçunu buraxmamışdı.

 

Nabil Fekir 2013-cü ildən "Lion"un əsas komandasında oynayırdı.

Xəbər xətti