"Zirə" Rumıniya klubu ilə bərabərə qaldı

20:31 - 23 İyul 2019

Türkiyənin Kızılcahamam bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Rumıniyanın "Konkordiya"  klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

 

"Zirə" - "Konkordiya" (Rumıniya) - 0:0
Kızılcahamam stadionu

 

"Zirə": 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake (k), 25. Miloş Bakraç, 88. Tellur Mütəllimov, 70. Nicat Süleymanov, 4. Elvin Camalov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes.

Xəbər xətti