İbrahimoviç dirsək zərbəsiylə rəqibinin almacıq sümüyünü qırdı - FOTO

16:05 - 23 İyul 2019

ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç MLS-in son turunda "Los-Anceles" matçda (3:2) rəqib futbolçu Məhəmməd Əl-Muniri xəstəxanalıq edib.

 

Sportal.az xəbər verir ki, isveçli hücumçu hava topuna qalxarkən dirsəyilə Əl-Munirə toxunub. Liviyalı müdafiəçi üzündən ciddi zədə alıb. Matçdan sonra 27 yaşlı futbolçunun almacıq sümüyünün qırıldığı bəlli olub. Futbolçunun əməliyyat ediləcəyi açıqlanıb. Munir bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.

 

MLS İntizam Komitəsinin həmin epidozu araşdırmağa başlayıb. Qarşılaşmada komandasının hər üç qoluna imza atan 37 yaşlı hücumçunun cəzalandırılması gözlənilir.

 

Image result for mohamed el munir

Xəbər xətti