"Qarabağ"ın yeni transferləri "Dandolk"a qarşı oynamayacaq

15:15 - 24 İyul 2019

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın "Dandolk" klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun heyətində Bədavi Hüseynov zədəsini tam sağaltmadığı üçün oynamayacaq. Bundan əlavə, yeni transferlər - Faysal Rerrasla Maqaye Qeye də görüşün iştirakçısı olmayacaq. Hər iki futbolçu tam formada olmadığı üçün meydana çıxmayacaq.

 

"Dandolk" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə 22:45-də baş tutacaq.

Xəbər xətti