UEFA-nın reytinqi: Azərbaycan Qazaxıstana yaxınlaşdı

10:51 - 26 İyul 2019

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, səfərdə Rusiyanın “Arsenal” klubunu məğlub edən (1:0) "Neftçi" Azərbaycana 0,250 xal qazandırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 16,625-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci yerdə qərarlaşan Qazaxıstanın 17,500 xalı var.

 

Gürcüstanın "Dinamo" klubuna uduzan "Qəbələ" isə xal qazandırmayıb.

 

Xəbər xətti