"Sumqayıt" "Gənclərbirliyi" ilə bərabərə qaldı - VİDEO

10:16 - 30 İyul 2019

Növbəti mövsümə hazırlığını Ankarada davam etdirən “Sumqayıt” növbəti yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.

 

Kızılcahamam stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb - 1:1. "Sumqayıt"ın qolunu Amil Yunanov vurub.

 

Xəbər xətti