"Qarabağ"ın qələbəsi Azərbaycanı Qazaxıstana bir qədər də yaxınlaşdırdı

10:28 - 1 Avqust 2019

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, evdə İrlandiyanın “Dandolk” klubunu məğlub edən (3:0) "Qarabağ" Azərbaycana 0,250 xal qazandırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 16,875-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci yerdə qərarlaşan Qazaxıstanın 17,625 xalı var.

 

Xəbər xətti