"Qarabağ" APOEL-i Respublika stadionunda qəbul edəcək - oyunların vaxtları açıqlandı

12:06 - 1 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ" Kiprin APOEL klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, komandaların ilk dueli Nikosiyadakı GSP stadionunda reallaşacaq. Avqustun 6-da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.

 

Cütün cavab qarşılaşması avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

 

Ağdam klubu I və II təsnifat mərhələsindəki ev oyunlarını "Dalğa Arena"da keçirmişdi.

Xəbər xətti