"Monako" rəsmisindən Andre Silva və Radamel Falkao açıqlaması

Fransanın "Monako" klubu "Milan"ın hücumçusu Andre Silvanın transferində anlaşma əldə etsə də, futbolçu ilə müqavilə imzalanmadı.

 

Sportal.az AFP nəşrinə istinadən xəbər verir ki, "knyazlıq klubu"nun direktoru Oleq Petrovun transferin baş tutmamasının səbəbini açıqlayıb:

 

"Bu transfer klubların maliyyə şərtlərində anlaşmamasına görə baş tutmadı. Silvanın zədəli olması transfer reallaşmamasına səbəb deyil. Hazırda bu məsələ müzakirə olunmur. Hansı tip forvard axtarırıq? 4-4-2 taktiki sxemində Radamel Falkao ilə birgə oynayacaq futbolçu almaq istəyirik. Mərkəz müdafiəçisi, mərkəz və cinah yarımmüdafiəçisi axtarırıq. Ancaq balansı qorumağımız mütləqdir".

 

Klub rəsmisi Radamel Falkaonun ayrılacağı ilə dolaşan iddialara münasibət bildirib:

 

"Tək "Qalatasaray" deyil, digər klublar onunla maraqlanır. Falkao kapitanımız və ən yaxşı futbolçularımızdan biridir. Ciddi təklif almadığı müddətdə klubumuzda qalması önəmlidir. Komandada qalsa, hər kəs bu seçimə uyğun hərəkət edəcək. Onun agenti Jorje Mendeşin "Monako" ilə gördüyü bir çox iş var. Uzun müddətdir ki, birgə çalışırıq. Hamımızın görülən işlərdən razı qalması lazımdır".

 

"Milan" 23 yaşlı hücumçunu 2017-ci ildə "Portu"dan 38 milyon avroya transfer etmişdi.

Tarix: 2 Avqust [17:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio