Samir Ələkbərov Ukrayna klubunda

16:13 - 4 Avqust 2019

Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Ələkbərovun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Ələkbərov Ukrayna Premyer Liqası təmsilçisi “Lvov” klubunda fəaliyyətə başlayıb. O, klubun baş məşqçisi Boqdan Blavatskinin fiziki hazırlıq üzrə köməkçisidir.

 

50 yaşlı mütəxəssis Azərbaycanın U-21 yığmasını çalışdırıb. O, “Neftçi”, “Xəzər Lənkəran” və “Sumqayıt” kimi klublarda isə köməkçi-məşqçi vəzifəsində olub.

Xəbər xətti