Emil Balayev ən yaxşı seçildi

11:46 - 6 Avqust 2019

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 21-ci turunda “Atırau” ilə keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 272  olub.

 

Emil Balayev matçda 24 dəqiq ötürmə verib, bir neçə epizodda komandasını qoldan xilas edib.

Xəbər xətti