Portuqaliyalı futbolçu: "Azərbaycanda geri dönüş etməliyik"

11:16 - 7 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzan Kiprin APOEL klubunun vingeri Andre Vidiqal açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı portuqaliyalı futbolçu məğlubiyyəti şərh edib:

 

"Oyundakı səhvlərimizə baxmalıyıq. Yaxşı oynasaq da, nəticə ürəyimizcə deyil. Azərbaycanda geri dönüş etməliyik. Turu keçmək üçün döyüşməliyik. 95-ci dəqiqədə qol vurduq. Bu əzmkarlığı səfərdə göstərməliyik. Merkisin son dəqiqə qolu çox kömək oldu. Cavab görüşündə döyüş ümidimizi artırdı".

 

Cütün cavab matçı avqustun 13-ü, Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Matçın start fiti saat 20:30-da səslənəcək.

Xəbər xətti