Ermənilər SOCAR-a görə oyunu yayımlamadı

12:55 - 7 Avqust 2019

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın "Saburtalo" klubu Ermənistanda "Ararat"a 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, Ermənistan kanalları oyunu canlı yayımlamayıb. Buna səbəb "Saburtalo" klubuna Azərbaycan şirkəti SOCAR-ın sponsorluq etməsidir. SOCAR-ın loqotipini efirdə göstərməmək üçün kanalları bu addımı atıb. Bu səbəbdən "Ararat" oyunu "Youtube" kanalında canlı yayımlayıb.

 

Xəbər xətti