APOEL baş məşqçisini istefaya göndərdi

12:20 - 8 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubu baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

49 yaşlı çalışdırıcının istefasına səbəb komandanın "Qarabağ"a evdə 1:2 uduzması olub.

 

Trametsani 2018-ci ildən Nikosiya klubunun baş məşqçisi idi.

Xəbər xətti