"Qarabağ" - APOEL oyununa neçə bilet satılıb?

14:11 - 9 Avqust 2019

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmaya 8 mindən çox bilet satılıb.

 

Biletlərin satış məntəqələri:

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

 

"Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər xətti