Arits Aduris karyerasını başa vurur

15:23 - 9 Avqust 2019

İspaniyanın "Atletik" klubunun hücumçusu Arits Aduris karyerasını başa vuracağı vaxtı açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı forvard klubun saytına açıqlamasında mövsümün sonunda butsılarını mıxdan asacağını bəyan edib: "Bu, mənim son mövsümüm olacaq. Son mövsümü ən yaxşı şəkildə keçirməyə çalışacam".

 

İspaniya millisinin sabiq üzvü "Atletik"lə yanaşı, "Real Valyadolid", "Malyorka" və "Valensiya" kimi klublarda da çıxış edib.

Xəbər xətti