PSJ-dən Neymarla bağlı açıqlama - transferi həll olunur

16:49 - 10 Avqust 2019

PSJ klubunun idman direktoru Leonardo komandanın ulduz futbolçusu Neymarın transferində son mərhələyə gəldiklərini açıqlayıb.

 

Sportal.az "France Football"a istinadən xəbər verir ki, bu səbəbdən braziliyalı hücumçu Paris klubunun Fransa I Liqasının "Nim"lə ilk turunun matçının iştirak ərizəsində yer almayıb.

 

"Neymar transfer danışıqlarına görə "Nim"lə oyunun iştirak ərizəsinə daxil edilməyəcək. Görüşlər çox ciddi şəkildə gedir, ancaq anlaşma yoxdur. Qısa müddətdə nələr olacağını görəcəyik", - deyə Leonardo bildirib.

 

AS, "Marca", "Sport", "El Mundo Deportivo" kimi nəşrlər "Real" və "Barselona"nın Neymarı transfer etmək istədiyini yazır.

 

PSJ 27 yaşlı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib. Braziliya millisinin üzvü parislilərin heyətində 58 oyuna 51 qol vurub, 29 assist edib.

Xəbər xətti