APOEL Bakıya gəldi - hava limanında narazı qaldılar

10:53 - 12 Avqust 2019

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu bu gecə Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi çarter reysi ilə Azərbaycana gəlib.

 

"Kerkida" nəşri qeydiyyat prosesinin ləng getdiyini və hava limanında APOEL-in futbolçularında əlavə yorğunluq yaratdığını qeyd edib.

 

Bu gün saat 19:30-da APOEL-in Tofiq Bəhramov adına Respublika stadionunda məşqi keçiriləcək.

 
"Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

Xəbər xətti