Mahir Əmrəli: "Həmin dövrü geridə qoyduğumu düşünürəm"

14:49 - 12 Avqust 2019

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-i 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın hücumçusu Mahir Əmrəli supersport.az-a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu çətin cavab görüşünə çıxacaqlarını bildirib:

 

"Kiprdə ağır oyun oldu, ancaq önəmlisi budur ki, qalib gəldik. Fikrimcə, hələ heç nə bitməyib, bizi cavab görüşündə daha ağır oyun gözləyir. Yaxşı hazırlaşmalıyıq, xeyirlisi nədirsə, o olsun".

 

Təniqdlər? O dövrü geridə qoyduğumu düşünürəm. Əlbəttə, hücumçuyam, qol gözləyirlər, bu da olmayanda tənqidlər səslənir. Ancaq qoldan da vacib olan şey komandanın qələbəsidir.

 

APOEL səddini keçdiyimizi düşünənlərlə razı deyiləm. Bizi çətin cavab oyunu gözləyir.

 

PAOK - "Ayaks" cütü barədə danışmağa dəyməz. Biz hələ APOEL-i düşünürük. Bu səddi keçək, daha sonra danışmaq olar".

 

Xəbər xətti