"Linfild"in baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili III təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra açıqlama verib.

 

Sportal.az "Belfast Telegraph"a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis "Qarabağ"la keçiriləcək oyunu səbirsizliklə gözlədiklərini bildirib: 

 

“Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər. Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".

 

“Qarabağ” avqustun 22-də "Linfild"in qonağı olacaq.

Tarix: 14 Avqust [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2019
11  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio