"Sevilya" "Monako"nun futbolçusunu transfer etdi

14:54 - 14 Avqust 2019

İspaniyanın “Sevilya” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, əndəlüsiyalılar “Monako”nun sağ cinah vingeri Roni Lopeşi transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Portuqaliya millisinin üzvünün keçidi üçün "knyazlıq klubu"na 20 milyon avro təzminat ödənilib.

 

"Monako" "Benfika"nın yetirməsini 2015-ci ildə "Mançester Siti"dən 12 milyon avroya transfer etmişdi.

Xəbər xətti