"Roma"da yeni müqavilə

00:42 - 15 Avqust 2019

İtaliyanın "Roma" klubu italiyalı futbolçusu Nikolo Zanyolo ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa qədər müqavilə bağlanılıb.

 

Ötən yay "İnter"dən transfer edilən futbolçu 36 oyuna 6 qol vurub, 2 assist edib.

Xəbər xətti