"Qarabağ"ın "Linfild"lə oyunlarının vaxtı açıqlandı

11:01 - 16 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq "Qarabağ"ın oyunlarının vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ilk matç Belfastda yerləşən "Vindsor Park"da keçiriləcək. Avqustun 22-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

 

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər xətti