Adebayor Super Liqa klubuna keçir

Türkiyənin "Başakşəhər" klubundan ayrılan Emmanuel Adebyor karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, "Anadolu Ajansı"na açıqlama verən klub prezidenti Erol Bedir toqolu forvardla böyük ölçüdə anlaşdıqlarını bildirib. 35 yaşlı hücumçunun yaxın günlərdə Türkiyəyə gəlib, müqavilə bağlayacağı gözlənilir.

 

2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Təcrübəli futbolçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.

Tarix: 23 Avqust [15:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio