General Hacı Əliyevin rütbəsini artırdı

17:54 - 23 Avqust 2019

"Bu, mənim üçün gözlənilməz oldu. Baş leytenant rütbəsi mənə vaxtından əvvəl verildi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan güləş milli komandasının üzvü Hacı Əliyev deyib. 

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin baş leytenant rütbəsi verdiyi idmançı bu barədə danışıb. Əliyev buna görə sevincini dilə gətirib: “Çay süfrəsi arxasında toplaşmışdıq. Elçin Quliyev bizə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı verilən medalları təqdim etdi. Həmçinin mənə baş leytenant rütbəsi verildiyini bildirdi. Çox sevindim. Görüşdə Rəsul Çunayev, Cəbrayıl Həsənov, İlqar Müşküyev və başqaları var idi. Hamıya medallar təqdim edildi. Lakin mənə rütbə də verildi”.

 

Əliyev baş leytanant rütbəsinin vəzifəsinə təsir etmədiyini bildirib: “Vəzifəmdə hər hansı dəyişiklik yoxdur. Yalnız rütbəm yüksəlib”. 

Xəbər xətti