"Bayern"in futbolçusu rəsmən "Lill"də

02:10 - 24 Avqust 2019

"Bayern"in yarımmüdafiəçisi Renatu Sanşeş Fransanın "Lill" klubuna transfer olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün Münhen klubuna 25 milyon avro təzminat ödənilib..

 

"Bayern" Sanşeşi "Benfika"dan 2016-cı ildə 35 milyon avroya transfer etmişdi.

Xəbər xətti