Ayxan Abbasov: “Hakim oyunu alt-üst etdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 2-ci turunda “Səbail”lə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, Abbasov 0:3 hesabıyla bitən görüşü belə belə şərh edib:

 

- Evdə ilk oyunumuz idi. Azarkeşlərimiz də yaxşı dəstəklədilər. Oyuna ciddi hazırlaşmışdıq. Ancaq təəssüf ki, hakim oyunun əvvəlində matçı alt-üst etdi. Səhvlər etdik. Sistemi dəyişdik, təəssüf ki, bu gün bizim günümüz deyildi. Çempionatın əvvəlidi, səhvlərimiz var. Çətin olacağını bilirik. Mübarizə aparacağıq.

 

- Ötən tur iki qol vurmuş Mehdi Şərifiyə penalti zamanı niyə etimad göstərmədiz?
- 2 qol vurub deyə, o vurmalı deyil.

 

- Şəhriyarın artıq çəkisi yoxdumu?
- Xeyr, çəkisində problem yoxdu.

 

- Müdafiədə xeyli problemlər var. Oyunçulara nə göstəriş vermişdiz, alınmadı?
- İlk hissə pis olmadı. İkinci hissədə qabağa atıldıq, 4-lü sistemə keçdik deyə, səhvlər oldu. Müdafiədə istədiyimiz sistem dağılmışdı. Rəqibin əks-hücumlarda güclü olduğunu bilirdik. Bu gün fərdi səhvlərimiz çox oldu.

 

- Ümumi heyətə nəzər salsaq, komandanı autsayder kimi görmək olar?
- Biz çempionatın əvvəlində rəhbərliklə danışmışıq. Gənclər var, onlara etimad göstərməliyik. Vuruşacağıq. Gələcəkdə bundan yaxşı olacağıq.

 

- Oyunun əvvəlindəki epizodlarda qərarlar nə olmalı idi?
- Qapıçı qırmızı vərəqə almalıydı, Şəhriyarın epizodu penalti idi.

 

- Növbəti tur “Neftçi” ilə qarşılaşacaqsız. Bu oyundan nə gözləmək olar?
- “Neftçi”də problem görmürəm. Bizim üçün çətin olacaq. Bir həftə vaxtımız var. Məğlubiyyəti unudub, oyuna hazırlaşacağıq.

 

- Niyə inamsız danışırsız?
- Nə deyim? Deyim udacağıq? Rəqib nə qədər psixoloji durumu pis olsa da, çempionluğa oynayır. Ümidsiz deyiləm. Hər çempionat başlayanda, bizi autsayder olaraq görürlər.

 

- İkinci qoldan sonra əsəbləşmişdiz…

- Düzdü. Futbolçuların əziyyətinə görə pis oluram, hesaba görə yox. İlk iki qoldakı səhvlər bizə pis təsir etdi. Futbolçularda bir az inamsızlıq olur. Biz də özümüzü cilovlamalıyıq.

 

- Rüfət Abdullazadə yaxşı çıxış etdi. Onu gələcək oyunlarda start heyətdə görə bilərikmi?
- Səbrli olmalıyıq. Gənclərin inkişafı üçün gözləməliyik. Bu futbolçularda perspektiv var (Komanda.az).

Tarix: 24 Avqust [22:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio