Eltun Turabov Super Liqada debüt elədi

16:08 - 25 Avqust 2019

Albaniya Super Liqasında 2019/2020 mövsümü start götürüb.

 

Sportal.az xəbər verir ki, ilk turda azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" səfərdə "Teuta" ilə üz-üzə gəlib. Oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

 

"Biliş"in start heyətində meydana çıxan Turabov Super Liqada debüt edib. 22 yaşlı müdafiəçi 60-cı dəqiqədə əvəzlənib.

 

Albaniya klubu Turabovu yayda "Sabah"dan icarəyə götürüb.

Xəbər xətti