Kamran Əliyev "Ximki"yə qələbə qazandırdı - VİDEO

11:34 - 26 Avqust 2019

Rusiya I Divizionunda 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” səfərdə Yaroslavl “Şinnik”inə 1:0 hesabı ilə qalib gəlib.

 

Kamran start heyətdə meydana çıxıb və 47-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub. 20 yaşlı hücumçu 76-cı dəqiqədə əvəzlənib.

Kamran cari mövsüm 4 qol vurub.

 

“Ximki” 10 turdan sonra 24 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti