Nikola Yurçeviç milliyə 23 futbolçu dəvət etdi - SİYAHI

18:13 - 27 Avqust 2019

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib.
 
Sentyabrın 2-dən 9-dək təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırır:
 
Səlahət Ağayev - Neftçi
Emil Balayev - Tobol (Qazaxıstan)
Şahruddin Məhəmmədəliyev - Qarabağ
Maksim Medvedev - Qarabağ
Ömər Buludov - Neftçi
Rahil Məmmədov - Qarabağ
Anton Krivotsyuk - Neftçi
Pavel Paşayev - Oleksandriya (Ukrayna)
Şəhriyar  Rəhimov - Səbail
Təmkin Xəlilzadə - Sabah
Bəhlul Mustafazadə - Sabah
Qara Qarayev - Qarabağ
Riçard Almeyda - Qarabağ
Emin Mahmudov - Neftçi
Dmitri Nəzərov - Erzgebirge Aue (Almaniya)
Cavid Hüseynov - Zirə
Rəşad Eyubov - Sabah
Mahir Emreli - Qarabağ
Araz Abdullayev - Qarabağ
Ramil Şeydayev - Dinamo (Moskva, Rusiya)
Rüfət Dadaşov - Proysen Münster (Almaniya)
Renat Dadaşov - Pasuş de Fereyra (Portuqaliya)
Ağabala Ramazanov - Səbail.

Xəbər xətti